Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıqlayıb. Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə hazırlanan hesabat 2010-cu ilin yanvar-fevral aylarında baş verən olayları əhatə edir. Hesabatı Xalid Ağaliyevin rəhbərlik etdiyi qrup hazırlayıb.
Hesabata görə, Azərbaycan mediyasının heç bir sahəsində nəzərəçarpacaq ciddi irəliləyişlər müşahidə olunmur. Mediyanın azadlıq səviyyəsi narahatlıqlar doğurmaqda davam edir. Mediya qanunvericiliyi problemlidir, mövcud hüquqi baza isə effektiv işləmir. 2009-cu ildə hökumət nümayəndələri nüfuzun qorunması (defamasiya) ilə bağlı müvafiq qanunun qəbul ediləcəyinə dair nikbin açıqlamalar versələr də böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv ediləcək










