» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











26.03.2010
Rəşid Hacılı "İfadə azadlığı" ödülünə layiq görüldü

Martın 25-də Londonda Senzura İndexi-nin (Index on censorship) 10-cu İfadə Azadlığı Ödüllərinin (Freedom of Expression Awards) təqdimat mərasimi keçirilib. Azərbaycanlı vəkil, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı hüquq və təbliğat ödülü (Bindmans Law and Campaining) ilə təltif olunub. Bu ödül ifadə azadlığına yönələn təhdidlərə qarşı mübarizə aparan şəxslərə verilir.Seçim zamanı ifadə azadlığını hədələyən siyasi iqlimin hüquqi presedentlərdən istifadə etməklə dəyişdirilməsinə çalışan hüquqçu və qurumlara üstünlük verilir.
Dünən Londonda keçirilən mərasimdə Rəşid Hacılı çıxış edib. O, aşağıdakıları söyləyib:
“Ifadə azadlığının qorunması, inkişaf etdirilməsi sahəsinə aid olan bu nüfuzlu və şərəfli mükafatı almağımdan çox məmnunam. Təəssüflə deməliyəm ki, dünyanın bir çox yerlərində demokratik inkişafın əsas ünsürlərindən olan ifadə azadlığı çətin günlərini yaşayır. Nisbətən azad sayılan mənim ölkəmdə son illərdə bu sahədə bəzi hadisələr baş verib. Tanınmış cəsur jurnalist Elmar Hüseynov öldürülüb...

18.03.2010
Qənimət Zahid azadlığa çıxdı
Media Hüququ İnstitutunun bəyanatı

Media Hüququ İnstitutu tanınmış cəsur jurnalist, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Ölkə Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılmasını Azərbaycanda hər bir çağdaş toplumun və hər bir şəxsin tərəqqisinin əsasında duran azad və müstəqil media üçün əlverişli mühitin formalaşmasına yönəlik addımların biri olaraq müsbət qarşılayır. Sözə, hökuməti sərt tənqid edən yazılarına görə ağır cəzaya məhkum edildiyi şübhə doğurmayan Qənimət Zahidin azadlığa buraxılması qərarı ifadə azadlığı sahəsindəki ciddi əngəlləri adlayıb irəliyə doğru vacib addımlar atmaq üçün əlverişli mənəvi-psixoloji zəmin yarada bilər.
Media Hüququ İnstitutu Qənimət Zahidin azadlığa buraxılmasını təqdir etməklə yanaşı, 3 jurnalistin hələ də həbsxanada cəza çəkdiyini, ifadə azadlığını düzənləyən hüquqi konsepsiyaların islahat edilməsi zərurətini yada salır.

12.03.2010
Medianın hüquqi durumu - İkiaylıq hesabat (yanvar-fevral 2010)


Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıq­la­yıb. Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə hazırlanan hesabat 2010-cu ilin yanvar-fev­ral aylarında baş verən olayları əhatə edir. Hesabatı Xalid Ağaliyevin rəhbərlik etdiyi qrup hazırlayıb.

Hesabata görə, Azərbaycan mediyasının heç bir sahəsində nəzərəçarpacaq ciddi irəliləyişlər müşa­hi­də olunmur. Mediyanın azadlıq səviyyəsi narahatlıqlar doğurmaqda davam edir. Me­di­ya qanunvericiliyi problemlidir, mövcud hüquqi baza isə effektiv işləmir. 2009-cu ildə hökumət nümayəndələri nüfuzun qorunması (defamasiya) ilə bağlı müvafiq qanunun qəbul ediləcəyinə dair nikbin açıqlamalar versələr də böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv ediləcək

11.03.2010
ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub
Bosniya-Herseqovinadan olan Dunya Miyatovic ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi təyin olunub. ATƏT-in yaydığı məlumata görə, üç il müddətinə bu vəzifəni icra edəcək Miyatovic bu postda Mikloş Haraştini əvəzləyəcək. Dunya Miyatoviç media hüquqları və qanunvericiliyin tənzimlənməsi üzrə mütəxəssisdir. 1988-ci ildə Bosniya və Herseqovina kommunikasiyaların nizamlanması agentliyinin təsisçilərindən biri olan Miyatoviç eyni zamanda Mətbuat Şurasının formalaşdırılmasında da yaxından iştirak edib. O, 2007-ci ildən Avropa Platformasının nizamlayıcı orqanının sədri olub...

11.03.2010
ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraştinin BBC-yə müsahibəsi

ATƏT-in mətbuat azadlığı üzrə təmsilçisi Mikloş Harastinin bu vəzifədə çalışdığı 6 il sona çatır. Bu dövr ərzində yazıçı və 1976-cı ildə Macarıstanın Müxalifətçi Demokratik Hərəkatının təsisatçılarından biri olan Mikloş Harasti media hüquqları və jurnalistlərin təhlükəsizliyinin ardıcıl müdafiəçisi kimi fəaliyyət göstərib.
Ələlxüsus, Mərkəzi Asiya və Qafqazda o mətbuata hücumların və məhdudlaşdırıcı qanunvericiliyə qarşı kəskin tənqidlərlə çıxış edib. Onun bu vəzifədə olduğu müddətin sonuna 1 gün qalmış Mərkəzi Asiya və Qafqaz xidmətinin redaktoru Firdevs Robinson onunla bu altı il ərzində nailiyyətlər barədə söhbət edib.
Onun Mikloş Harastiyə ilk sualı media məkanının sürətlə dəyişdiyi dövrdə mətbuat azadlığı üzrə təmsilçinin rolu və bu rolun 2004-cü ildən bəri necə dəyişdiyi barədə olub:

11.03.2010
Azərbaycan mediasının hüquqi durumu - Yanvar-fevral 2010

AXTARIŞ SİSTEMİ


« MART 2010 »
Be Ça Çr Ca Şb Bz
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D