Fevralın 4-də Vaşinqtonda “İfadə Azadlığına 10 Əsas Təhlükə” adlanan bəyanat qəbul olunub. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi, BMT-nin İfadə Azadlığı üzrə Məruzəçisi, Amerika Ştatları Təşkilatının İfadə Azadlığı üzrə Məruzəçisi və Afrika İnsan və Xalq Hüquqları Komissiyasının Məruzəçisinin iştirakı ilə keçirilən tədbirdə qəbul olunan Bəyanatda növbəti onillikdə ifadə azadlığının üzləşdiyi 10 əsas problem göstərilib...