Media Hüququ İnstitutu ölkə prezidentinin əfv sərəncamı ilə tənqidçi mövqeli “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun azadlığa buraxılmasını Azərbaycanda söz azadlığına xidmət edən addımlardan biri olaraq müsbət qarşılayır. Sözə görə məhkum edildiyi şübhə doğurmayan Müşfiq Hüseynovun hüquqlarının pozuntusunun aradan qaldırılması, onun azadlıqda olması tənqidçi medianın gözünün qorxudulması, sərt tənqidi yazı müəlliflərinin gözümçıxdıya salınması hallarının aradan qaldırılması baxımından təsirlidir...
Media Hüququ İnstitutu bu gün (24 dekabr) Media Mərkəzində Azərbaycanda medianın hüquqi durumu ilə bağlı İllik (2009) Hesabatını açıqlayıb. Təqdimat mərasiminə jurnalistlər, hüquqçular, jurnalist qurumları rəhbərləri, beynəlxalq qurumların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri qatılıblar...