» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











12.03.2010
Medianın hüquqi durumu - İkiaylıq hesabat (yanvar-fevral 2010)


Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıq­la­yıb. Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə hazırlanan hesabat 2010-cu ilin yanvar-fev­ral aylarında baş verən olayları əhatə edir. Hesabatı Xalid Ağaliyevin rəhbərlik etdiyi qrup hazırlayıb.

Hesabata görə, Azərbaycan mediyasının heç bir sahəsində nəzərəçarpacaq ciddi irəliləyişlər müşa­hi­də olunmur. Mediyanın azadlıq səviyyəsi narahatlıqlar doğurmaqda davam edir. Me­di­ya qanunvericiliyi problemlidir, mövcud hüquqi baza isə effektiv işləmir. 2009-cu ildə hökumət nümayəndələri nüfuzun qorunması (defamasiya) ilə bağlı müvafiq qanunun qəbul ediləcəyinə dair nikbin açıqlamalar versələr də böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv ediləcək və bu sahədəki qanunvericiliyi Avropa Məhkəməsinin və Avropa Şurasının müəyyən etdiyi meyarlara uyğunlaşdıracaq qanunun tezliklə qəbul ediləcəyinə olan ümidlər özünü doğrultmur. Defamasiya (Nüfuzun qorunması) ilə bağlı qanunun müzakirəsi ölkə parlamentinin növbəti sessiyasının gündəliyinə də daxil edilməyib. Sivil toplum quruluşlarının Milli Məclisə təqdim etdiyi nüfuzun qorunması (defamasiya) ilə bağlı qanunvericilik təkliflərindən də heç bir xəbər yoxdur.

2009-cu, eləcə də əvvəlki illərdə jurnalistlərə ağır çəkindici təsir göstərmək niyyətilə edilən onlarla fiziki və psixoloji təzyiq faktları araşdırılmamış qalır. “Monitor” jurnalının 2005-ci ildə qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qatillərinin axtarışı 5 ildir ki, yekunlaşmaq bilmir. İşi araşdıran  qurumlar istintaqla bağlı ictimaiyyətə doğru-dürüst bilgi vermirlər. Hesabatda vurğulanır ki, defamasiya və terrora çağırış ittihamlarıyla məhkum edilmiş “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin qurucusu və baş redaktoru Eynulla Fətullayevə qarşı yeni qurama ittiham irəli sürülüb. Ciddi rejimi ilə tanınan həbsxanada cəza çəkən tanınmış jurnalistin geyimindən və ayaqqabısından narkotik tapıldığı iddia olunur.

Hesabatın “Məhkəmə işləri” bölümündə qeyd olunur ki, Azərbaycan həbsdə olan, cinayət cəzası alan jurnalistlərin sayına görə dünya ölkələri sıralamasında bədnam ön yerlərdə dayanmaqda davam edir. Son iki ayda həbsdə olan 3 jurnalist azadlığa çıxsa da, 4 jurnalist hələ də həbsxanada cəza çəkir. Tanınmış tənqidçi jurnalist Müşfiq Hüseynov Azərbaycan Prezidentinin əfv etməsi sayəsində, “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu və “Nota” qəztinin baş redaktoru Sərdar Əlibəyli isə cəza müddəti başa çatdığından azadlığa buraxılıblar.
Nüfuzun qorunması (defamasiya) ilə bağlı mürtəce qanunverici baza tənqid edilən ictimai fiqurlara jurnalistlərlə haqq-hesab çəkməyə münbit şərait yaradır. Təkcə ötən iki ayda 9 tənqidçi jurnalıist bir neçə dəfə xüsusi ittiham qaydasında məhkəməyə çəkilib. Millət vəkili cənab C. Əliyev yüksək tirajlı tənqidçi xəbər mediasına məxsus qəzet olan “Yeni Müsavat”ın iki jurnalistinin (Azər Ayxan, Qoşqar Bakılı), Azərbaycan Daxili İşlər Naziri  cənab R.Usubov “Femida 007” qəzetinin baş re­dak­to­ru Əyyub Kərimovun, Təhsil Nazirliyinin işçıləri “Azadlıq” qəzetinin ekspert-yazarı Əlövsət Osmanlının, Gəncənin polis rə­isi ”Bizim Yol” qəzetinin tanınmış yazarı Natiq Cavadlının cəzalandırılması tələbilə cinayət defamasiyası ittihamı qaldırıblar. Hərbi hissələrdən birinin komandiri Elsevər Axundov “Hürriyət” qəzetinin iki jurnalistinin (Anar Həsənli, Seymur Əliyev), Liberal Partiyanın rəhbəri Lalə Şövkət Hacıyeva isə “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanovun və qəzetin əməkdaşı Orxan Sultanəlinin məsuliyyətə cəlb olunması tələbilə məhkəməyə şikayət edib.
Yanvar-fevral aylarında 2009-ci ildə başlanmış məhkəmə prosesləri davam edib. Doğruluğu şübhəli olan xuliqanlıq ittihamı ilə həbs olunmuş gənc bloqçular Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib. Bakı Apellyasiya Məhkəməsi Səbail Məhkəməsinin Emin Millini 30 ay, Adnan Hacızadəni 24 ay azadlıqdan məhrum edən hökmündən verilən şikayətə baxışı yubadır. Ötən iki ayda məhkəmə prosesi 4 dəfə təxirə salınıb.

Hesabatda deyilir ki,
“Jurnalistlərə qarşı fiziki və psixoloji basqılar” səngimək bilmir. Ötən iki ayda 9 belə fakt baş verib, 13 tənqidçi jurnalist “Azadlıq” Radiosunun əməkdaşı İlqar Nəsibli və jurnalist Vəfadar Eyvazov, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” radiosunun və “Turan” İnformasiya Agentliyinin müxbiri Məlahət Nəsibova, jurnalistlər Elman Abbasov və Həkimeldostu Mehdiyev, “Azadlıq” qəzetinin Gəncə bölgəsi üzrə müxbiri Ərşad İbrahimli, “Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqar, “ANS” telekanalının əməkdaşları Anar Qafarov və Polad Orucov, “Salamnews” İnformasiya Agentliyinin əməkdaşı Zülfüqar Xeyirxəbər, “Presspost” xəbər portalının baş redaktoru Nigar Almanqızı, eləcə də “Gündəlik Bakı” qəzetinin kollektivi təzyiqə məruz qalıb. Hesabatda vurğulanır ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də milli qanunvericilik peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı bas­­qıları yasaqlayır. Qanunvericilik belə basqılarla bağlı lazımi təhqiqat və istintaqın aparılmasını nəzərdə tutur. Ancaq mediyada çalışanlara qarşı basqı olaylarının araşdırılmasına barmaqarası yanaşma tendensiyası mövcuddur, belə yanaşma davam etməkdədir. Yanvar-fevralda hüquq mühafizə orqanları yalnız bir olayı araşdıraraq cinayət işi başlayıb. Jurnalist Zülfüqar Xeyirxəbərə xəsarət yetirənlərə qəsdən yüngül xəsarət yetirməyə görə cinayət işi açılıb.

Hesabatın
“Bilgi Azadlığı” bölümündə medianin bilgi toplama haqqına ciddi hüquqi əngəllərin yaradıldığı vurğulanır. 18 mart 2009-cu il tarixdə Konstitusiyanın 32-ci (şəxsi toxunulmazlıq hüququ) maddəsinə edilmiş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” əlavəsi mediya üçün acı bar verməkdədir. Hökumət fevralda qanunvericilik aktlarının həmin əlavəyə uyğunlaşdırılması məqsədilə bəzi qanunlara heç bir ön müzakirələr keçirmədən dəyişikliklər edib. Parlamentin mediyanın, bu sahədə çalışan sivil toplum quruluşlarının rəylərini incələmədən “Kütləvi informasiya vasitələri haqqında” Qanuna etdiyi əlavələrə görə, “əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”. KİV haqqında Qanuna edilən bu dəyişikliyə göstərilən əsaslar anlaşılan olsa da məntiqli deyil, mediyanın bilgi toplama sahəsindəki mövcud imkanlarını daha da daraldır. Jurnalistlər faktiki olaraq süzgəcdən keçmiş bilgilərin ümidinə buraxılır.
Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanunu bilgi azadlığı ilə bağlı qabaqcıl ölçülərə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olsa da işləyişində çox ciddi problemlər qalmaqdadır. Bilgi sahibləri hələ də informasiya xidməti göstərmələri üçün struktur bölmələr yaratmayıblar. Yanvar-fevral aylarında bilgi sahibləri Media Hüququ İnstitunun göndərdiyi 162 bilgi sorğusunun yalnız birinə qanunvericiliyin müəyyən etdiyi 7 gün müddətində cavab veriblər.
Toplum üçün əhəmiyyətli olan toplantılardan, parlamentdən maneəsiz bilgi toplamada ciddi əngəllər mövcuddur. Tənqidçi mediya təmsilçilərinə yüksək pillədə duran siyasi fiqurların qatıldığı toplantılardan bilgi əldə etməyə qeyri rəsmi icazə verilmir. Əngəllər tənqidçi mediyanı ictimai-siyasi əhəmiyyətli hadisələrin işıqlandırılması zamanı da izləyir.

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D