» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











9.02.2010
Ifadə azadlığının 10 hədələyəni
Fevralın 4-də Vaşinqtonda “İfadə Azadlığına 10 Əsas Təhlükə” adlanan bəyanat qəbul olunub. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi, BMT-nin İfadə Azadlığı üzrə Məruzəçisi, Amerika Ştatları Təşkilatının İfadə Azadlığı üzrə Məruzəçisi və Afrika İnsan və Xalq Hüquqları Komissiyasının Məruzəçisinin iştirakı ilə keçirilən tədbirdə qəbul olunan Bəyanatda növbəti onillikdə ifadə azadlığının üzləşdiyi 10 əsas problem göstərilib.

Toplantı iştirakçılarının fikrincə, ifadə azadlığı hüququnun həyata keçirilməsində böyük çətinliklər hələ də mövcuddur; belə ki, məhdud hüququ rejimlər, kommersiya və sosial təzyiqlər və iqtidar tərəfinin tənqidə qarşı tolerant olmaması bunu deməyə əsas verir.

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Miklos Haraştinin sözlərinə görə, ATƏT-də fəaliyyətdə olduğu 6 il müddətində bir çox ölkələrdə media azadlığı sahəsində pisləşmə müşahidə olunub.

Hökumətlərin jurnalistlərə qarşı aramsız zorakılığı azad mətbuatın təhlükəsizliyində ciddi böhran yaradır. İnternetə məhdudiyyət qoyan və bununla da qlobal media azadlığına təhlükə yaradan ölkələrin sayı durmadan artmaqdadır.

Bir çox postsovet ölkələrində media azadlığı üçün struktur baxımından ən böyük çətinlik televiziyanın bütövlükdə hökumətin nəzarətində olmasıdır.

Bəyənatdakı sadalanan 10 təhlükə aşağıdakılardır:

- hökumətlər media üzərində birbaşa və dolayı nəzarət tətbiq etməyi davam etdirir;

- jurnalist səhvlərini şərəf və ləyaqəti ləkələmə, təhqir və ya böhtan kimi xarakterizə edən qanunvericilik bir çox ölkələrdə qüvvədə qalmaqdadır;

- jurnalistlərə qarşı zorakılıq halları geniş yayılıb və hökumətlər buna müvafiq şəkildə reaksiya vermir;

- konfidensiallıqla bağlı mövcud qanunvericiliyə istinad olunaraq jurnalistlərə və vəzifə sahibi olmayanlara informasiyanın verilməsində məhdudiyyətlər qalmaqda davam edir;

- köməksiz vəziyyətdə olan qrupların ifadə azadlığı hüququna qoyulan məhdudiyyətlər hələ də qalmaqdadır;

- artan təmərküzləşmə, reklam marketinin sıradan çıxarılması və başqa kommersiya təzyiqləri medianın ictimai maraq doğuran məlumatları yaymaq imkanlarını təhlükə altına qoyur;

- ictimai yayım mərkəzlərinin kifayət qədər maliyyə vəsaitləri yoxdur, bir çoxlarına isə ictimai xidmət mandatı verilməyib;

- təhlükəsizlik məsələləri və terrorizmin və ya ekstremizmin aydın tərifinin olmaması çox zaman tənqidedici çıxışların məhdudlaşdırılmasında istifadə olunur;

- bir çox hökumətlər məhkəmə işlərini, xüsusilə də difamasiya ilə bağlı işləri nəzarətdə saxlamağa imkan verən hüquq normaları tətbiq etməklə İnternetə nəzarət etməyə və ya onu məhdudlaşdırmağa çalışır;

- dünya əhalisinin böyük bir hissəsinin İnternetə çıxış imkanı məhduddur və ya heç yoxdur.
AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D