» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











5.02.2010
“Jurnalist fəaliyyəti könüllü verilən bilgiləri yaymaqla məhdudlaşdırıla bilməz”

MHİ media qanunvericiliyinə hazırlanan əlavə və dəyişikliklərə etiraz edir

“Yeni Musavat” qəzetinin 5 fevral 2010-cu il tarixli buraxılışında millət vəkili Pənah Hüseynə istinadən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklər barədə qanunvericilik təklifinin olduğu xəbərini yayıb. Qanunvericilik təklifində “KİV haqqında” qanunun 60-cı maddəsinə belə bir əlavə olunması təklif edildiyi bildirilir: “əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Bu təklifin Milli Məclisin dövlət quruculuğu və hüquq daimi komissiyasında və insan hüquqları daimi komissiyasında müzakirə olunaraq plenar iclasının müzakirəsinə və səsverməyə çıxarılması qərara alındığı barədə məlumat verilib.

Media Hüququ İnstitutu (MHİ) təssüflə bildirir ki, “İnformasiya əldə etmək haqqında” Qanununun tələblərini pozan Milli Məclis administrasiyası bu təklifləri parlamentin saytı vasitəsilə zamanında topluma açıqlamayıb. Özündə ifadə azadlığı üçün ciddi təhlükələri daşıyan bu qanunvericilik təklifinin qeyri-şəffaf şəraitdə, ictimai müzakirələr olmadan, tələm-tələsik qəbul olunması heç bir halda məqbul sayıla bilməz.

MHİ belə dəyişikliyin qəbul edilməsinin jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına heç nə ilə bəraətləndirilə bilməyən ağır zərbə vuracağını düşünür. Jurnalist fəaliyyəti təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla məhdudlaşdırıla bilməz. Jurnalistin məlumat toplamaq hüququ sadəcə gözlə müşahidə etməklə də məhdudlaşdırıla bilməz. Araşdırma aparan jurnalist nəinki hər hansı şəxsi izləmək haqqına, eləcə də hər hansı məlumatları texniki vasitələrdən istifadə etməklə dinləmək və yazmaq haqqına sahib olmalıdır. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz.

MHİ belə dəyişikliyin Konstitusiyanın 47-ci və 50-ci maddələri ilə yanaşı Avropa İnsan Haqları Kon­vensiyasının 10-cu maddəsinə zidd, ifadə azadlığına qeyri-adekvat müdaxilə olduğunu bil­di­rir. MHİ parlamenti bu qanun layihələrinin ictimai müzakirələrdən keçirilməsi üçün imkanlar yaratmağa və ifadə azadlığına zərər vuran müddəaları təkliflər layihəsindən çıxarmağa çağırır.
AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D