» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











4.02.2010
Cinayət defamasiyası ləğv edilməli, Hüfuzun qorunması ilə bağlı yeni qanun qəbul olunmalıdır

Bakı şəhəri Yasamal rayon Məhkəməsi “Femida” qəzetinin baş redaktoru Ə. Kərimovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən bədnam 147.2 maddəsi ilə təqsirli bilərək aylıq qazancının 15%-ni dövlətə almaqla 1 il 6 ay müddətinə islah işlərinə məhkum edib. Ölkənin hüquq sistemində maraqlı araşdırmaları və tənqidi düşüncələri ilə tanınan jurnalistə qarşı cinayət ittihamını Azərbaycan Respublikasının Daxili İşlər Naziri c-b R.Usubov irəli sürüb. Jurnalistin həm Femida, həm də Azadlıq qəzetlərində dərc olunmuş yazılarında defamativ elementlər olduğunu deyən nazir ona cinayət cəzası verilməsini tələb edib, məhkəmə bu tələbi təmin edib.       

Media Hüququ İnstitutu (MHİ) jurnalistə ictimai önəmli məsələlərlə bağlı tənqidi yazılarına görə cinayət cəzası verən məhkəmə qərarını qətiyyətlə pisləyir, bunu Azərbaycan Respublikasının demokratik dövlət olduğunu və ifadə azadlığının müdafiə olunduğunu bəyan edən Konstitusiyanın mahiyyətinə zidd olan, zərərli qərar hesab edir.

Hər kəsin, o cümlədən dövlət rəsmilərinin şərəf və ləyaqətinin toxunulmaz olduğunu vurğulamaqla yanaşı MHİ bir daha xatırladır ki, hökumətin, dövlət qurumlarının, rəsmi şəxslərin işinin hərtərəfli və dərindən çək-çevir etməyə, müzakirə və tənqid etməyə, bəzən hətta sərt tənqidi fikirlər ifadə etməyə qabil media olmadan heç bir cəmiyyət sağlam və güclü, firavan və xoşbəxt ola bilməz. Hökumət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin cəmiyyət üçün çox mühüm funksiyaları yerinə yetirdiyini, bu qurumların başında duran şəxslərin böyük məsuliyyət altında olduqlarını, onların nüfuzunun mühüm əhəmiyyət daşıdığını qeyd etməklə yanaşı MHİ bildirir ki, yalnız müstəqi, basqılardan azaq medianın mövcud olduğu, tənqidə dözümlü yanaşıldığı, ictimai problemlərlə bağlı ən kəskin müzakirələrə açıq olan hökumətlər və vəzifəli şəxslər toplumda gerçək nüfuz sahibinə çevrilmək imkanı əldə edə bilərlər.     

Media Hüququ İnstitutu son 6 ayda Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan maddələrinə əsasən 7 jurnalistə ağır cinayət cəzasının verildiyini xatırladır. MHİ hökuməti ən qısa zamanda tənqidçi jurnalistlər barəsində çıxarılan bütün qeyri-adekvat qərarları ləğv etməyə, Nüfuzun qorunması ilə bağlı mütərəqqi qanun qəbul edilməsi yolunda müzakirələrə başlamağa çağırır. 

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D