» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











26.12.2009
MHI jurnalistin əfv edilməsini təqdir edir

Media Hüququ İnstitutu ölkə prezidentinin əfv sərəncamı ilə tənqidçi mövqeli “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun azadlığa buraxılmasını Azərbaycanda söz azadlığına xidmət edən addımlardan biri olaraq müsbət qarşılayır. Sözə görə məhkum edildiyi şübhə doğurmayan Müşfiq Hüseynovun hüquqlarının pozuntusunun aradan qaldırılması, onun azadlıqda olması tənqidçi medianın gözünün qorxudulması, sərt tənqidi yazı müəlliflərinin gözümçıxdıya salınması hallarının aradan qaldırılması baxımından təsirlidir.

Müşfiq Hüseynov 2007-ci ilin ilin yayında qurama ittihamlarla həbs olunmuşdu. Xüsusi xidmət orqanları jurnalisti rüşvət almada şübhəli bilərək saxlamış, ardınca məhkəmə jurnalisti Cinayət Məcəlləsinin vəzifəli şəxslər və inzibati qurum funksiyalarını yerinə yetirən şəxslər üçün məsuliyyət nəzərdə tutan 311.1-ci maddəsi (rüşvət alma) ilə təqsirli sayaraq 6 il azadlıqdan məhrum etmişdi. Vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynovun sağlıq durumu son həftələrdə xüsusilə ağırlaşmışdı.

Media Hüququ İnstitutu ağır durumda olan jurnalistin azadlığa buraxilmasını təqdir etməklə yanaşı, daha 6 jurnalistin hələ də həbsxanada cəza çəkdiyini yada salır. Azərbaycanın cəsur tənqidçi jurnalistləri Eynulla Fətullayev, Qənimət Zahid, gənc blogçular Emin Milli və Adnan Hacızadə, eləcə də Sərdar Əlibəyli, Fərəməz Novruzoğlu müxtəlif şübhəli ittihamlarla ən ağır cəzaya məhkum ediliblər. Böhtan və təhqirə görə cinayət cəzaları saxlanılması ifadə azadlığını daim təhdid altında saxlamaqdadır. Qeyd olunan məqamların Ölkə Prezidentinin əfv sərəncamının faydalarını kölgə altına salması təəssüf doğurur. Media Hüququ İnstitutu Azərbaycan Prezidentini həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılmasını, ifadə azadlığını gərəksiz müdaxilələrdən qoruya bilən hüquqi mexanizmlərin yaradılmasını təmin etməyə çağırır. 

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D