Media Hüququ İnstitutu “İfadə Azadlığı” bülleteninin ikinci sayını oxuculara təqdim edir. Nəşrinə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstək verdiyi “İfadə Azadlığı” bülleteni MHİ-nin proqram koordinatoru Xalid Ağaliyevin redaktorluğu ilə hazırlanıb.
X.Ağaliyevin bildirdiyinə görə, əsasən hüquqşunaslar, hakimlər, jurnalistlər üçün nəzərdə tutulan bülleten 2 il boyunca 2 ayda bir dəfə nəşr olunacaq...
Media Hüququ İnstitutu “İfadə Azadlığı” bülleteninin ilk sayını oxuculara təqdim edir. Nəşrinə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstək verdiyi bülleten əsasən hüquqşunaslar, hakimlər, jurnalistlər üçün nəzərdə tutulub. Bülletendə ifadə azadlığı hüququna aid ölkələrarası, eləcə də ölkə içində baş verənlər, Avropa Məhkəməsinin ifadə azadlığının pozuntusu ilə bağlı qərarları, ifadə azadlığı hüququ ilə bağlı yeni kitablar, habelə MHİ-nin bu yöndəki fəaliyyətinə aid bilgilər yer alacaq. Bülleten elektron və çap variantında yayınlanır...