Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı YARIMİLLİK HESABATını (2010) açıqlayıb. Hesabat iyulun 20-də Azərbaycan Media Mərkəzində ictimaiyyətə açıqlanıb...
...Avropa İnsan Haqları Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin 4 ildir ki həbsdə olan qurucusu Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını nəzərdə tutan qərar qəbul etsə də jurnalist qurama ittihamlara görə hələ də cəza çəkməkdədir. Ona qarşı irəli sürülən narkotik maddə ittihamı üzrə məhkəmə prosesi ötən ay davam edib. Qurama ittihamlara qurban gedən daha iki jurnalist, gənc bloqçular Emin Milli və Adnan Hacızadə ağır şəraitli cəzaçəkmə müəsisələrində saxlanılırlar. Apellyasiya Məhkəməsi Emin Millini 30, Adnan Hacızadəni 24 aylığa azadlıdan məhrum edən ağır cəzanı qüvvədə saxlayıb. Bu günlərdə onların şikayətinə Ali Məhkəmə baxacaq. Apelyasiya məhkəməsi “Femida” qəzetinin aşağı məhkəmələrin cinayət cəzası verdiyi baş redaktoru Əyyub Kərimovun şikayətini də rədd edib...