...Media Hüququ İnstitutu təəssüflə bildirir ki, baş vermiş yanlışlıq ölkədə normativ-hüquqi aktlarin yaradıcılığı, sistemləşdirilməsi sahəsində hələ də qalmaqda davam edən problemlərdən irəli gəlib. Beləliklə yaranmış dolaşıqlıqda bəzi rəsmilər yanlış olaraq hesab edirlər ki, KİV haqqında qanunun 19-cu maddəsinin 10-cu adlanan hissəsinin mətni qanunda qalmaqda davam edir. Belə halda qanunun tətbiqi ilə bağlı fərmana dəyişikliyin nədən 7-8 il sonra, tənqidçi mediaya basqıların narahatlıq doğurduğu dönəmdə meydana çıxması da təəccüblüdür...










