» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











26.08.2010
Sabirabadda polis hüquq müdafiəçilərini saxladı
Media Hüququ İnstitutu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinin Sabirabad rayonunun təbii fəlakətə məruz qalmış ərzilərində bərpa və yardım işlərinin monitorinqini apararkən polis müdaxiləsi ilə üzləşməsindən narahatdır.
Qurumun məlumatına görə, avqustun 25-də qərərgahın nümayəndələri O.Gülalıyev, İ. Əmiraslanov, M.Tağıyev və Ş. Əsgərov Sabirabad rayonunun Xankeçən və Azad kəndlərində vəziyyətlə tanış olub faktlar toplayarkən yerli polislər onları saxlayıb, sonra isə rayon polis şöbəsinə aparıblar. Hüquq müdafiəçilərinin saxlanılmasını hökumətin təbii fəlakət bölgəsində gördüyü işlərə mətbuatdakı yazıları ilə kölgə salmaları ilə əsaslandıran polis onlara xəbərdarlıq edib rayon ərazisini tərk etmələrini tələb edib...

23.08.2010
Jurnalist Rəşad Elgün döyüldü
Avqustun 22-də tanınmış futbolçu Mahmud Qurbanov idman yönümlü “Komanda” qəzetinin redaksiyasına basqın edib. Bir neçə gün əvvəl qəzetdə dərc olunan barəsindəki yazıya görə haqq-hesab çəkmək üçün redaksiyaya gələn Mahmud Qurbanov qəzetin baş redaktoru Rəşad Elgünə hücum edərək onu döyüb, təhqir edib. Yazılarına görə jurnalisti hədələyən M.Qurbanov onun üz nahiyəsinə xəsarət yetirib. M.Qurbanov qəzetin digər əməkdaşlarını da təhqir edib, hədələyib,..

20.08.2010
Gəncədə hüquq müdafiəçilərinə basqı
Avqustun 19-da Cənubi Qafqaz Hüquq Müdafiəçilərinin Azərbaycan Şəbəkəsinin Gəncə şəhərində hüquq müdafiəçiləri ilə tam tərkibdə görüşünə imkan verilməyib. Gəncə şəhərinin İcra Hakimiyyəti şəbəkənin koordinatoru, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin görüşə qatılmasını əngəlləyib. Bu barədə Şəbəkənin yaydığı məlumatda bildirilir. Həmin məlumata görə, görüşün keçirildiyi iaşə müəssisəsinin rəhbərliyi (təzyiqlərin ola biləcəyi nəzərə alınaraq həmin obyektin adı çəkilmir) Şəbəkə üzvlərinə İntiqam Əliyev qatılacağı halda görüşün keçirilməsinə icazə verməyəcəkləri barədə xəbərdarlıq ediblər...

11.08.2010
Media ötən ayda
Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıq­la­yıb. Hesabat 2010-cu ilin iyul ayında baş verən olayları əhatə edir. Hesabatda vurğulanır ki, ötən ay xüsusən tənqidçi qəzetlərin cinayət qanunvericiliyinin böhtan və təhqirə görə ağır cəzalar nəzərdə tutan müddəaları ilə məhkəməyə çəkilməsi intensivliyi səngiməyib. 4 jurnalistin məhz Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə həbs olunması tələb olunub. İfadə azadlığı ilə bağlı mübahisələri incələyərkən çox nadir hallarda qabaqcıl ölçülərdən istifadə edən məhkəmələr həmin şikayətləri təmin edərsə, ölkənin ən tirajlı qəzetlərindən “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu və onun müavini Azər Ayxan, tənqidçi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, hökuməti tənqid edən yazıları ilə tanınan “Millətim” qəzetinin baş məsləhətçisi Fərəməz Allahverdiyev həbs edilə bilər...

21.07.2010
Azərbaycanda medianın hüquqi durumu - Yarımillik Hesabat
Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı YARIMİLLİK HESABATını (2010) açıq­la­yıb. Hesabat iyulun 20-də Azərbaycan Media Mərkəzində ictimaiyyətə açıqlanıb...

20.07.2010
MHI nümayəndəsi Bakı Polisinə dəvət olundu
Bu gün Media Hüququ İnstitutunun (MHİ) proqramlar üzrə koordinatoru Xalid Ağaliyev MHİ-nin Azərbaycanda medianın hüquqi durumu ilə bağlı iyulun 20-də ictimaiyyətə açıq­la­dığı Yarımillik Hesabatla bağlı Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.

MHİ-nin məlumatına görə, Xalid Ağaliyevi Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əli­­yev və Bakı Şəhər Prokurorunun müavini Fazil Həsənəliyev qəbul edib. Görüş 1 saat davam edib. Y.Əliyev və F.Həsənəliyev MHİ-nin yarımillik hesabatı ilə tanış olduqlarını, diqqətlə incələdiklərini bildirərək hesabatda jurnalistlərə qarşı basqı hallarını əks etdirən statistik gös­tə­ri­ci­lərdən narahatlıqlarını ifadə ediblər...

1 2 3 ... 41 42 43 >

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Xeyr, saytlarda bilgi var ki? 55.27 %
Bəli, saytların bilgi ehtiyatı məni qane edir 29.09 %
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır 11.16 %
Cavab verməyə çətinlik çəkirəm 4.48 %
Səslərin cəmi: 959


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D