Media Hüququ İnstitutu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinin Sabirabad rayonunun təbii fəlakətə məruz qalmış ərzilərində bərpa və yardım işlərinin monitorinqini apararkən polis müdaxiləsi ilə üzləşməsindən narahatdır. Qurumun məlumatına görə, avqustun 25-də qərərgahın nümayəndələri O.Gülalıyev, İ. Əmiraslanov, M.Tağıyev və Ş. Əsgərov Sabirabad rayonunun Xankeçən və Azad kəndlərində vəziyyətlə tanış olub faktlar toplayarkən yerli polislər onları saxlayıb, sonra isə rayon polis şöbəsinə aparıblar. Hüquq müdafiəçilərinin saxlanılmasını hökumətin təbii fəlakət bölgəsində gördüyü işlərə mətbuatdakı yazıları ilə kölgə salmaları ilə əsaslandıran polis onlara xəbərdarlıq edib rayon ərazisini tərk etmələrini tələb edib...
Avqustun 22-də tanınmış futbolçu Mahmud Qurbanov idman yönümlü “Komanda” qəzetinin redaksiyasına basqın edib. Bir neçə gün əvvəl qəzetdə dərc olunan barəsindəki yazıya görə haqq-hesab çəkmək üçün redaksiyaya gələn Mahmud Qurbanov qəzetin baş redaktoru Rəşad Elgünə hücum edərək onu döyüb, təhqir edib. Yazılarına görə jurnalisti hədələyən M.Qurbanov onun üz nahiyəsinə xəsarət yetirib. M.Qurbanov qəzetin digər əməkdaşlarını da təhqir edib, hədələyib,..
Avqustun 19-da Cənubi Qafqaz Hüquq Müdafiəçilərinin Azərbaycan Şəbəkəsinin Gəncə şəhərində hüquq müdafiəçiləri ilə tam tərkibdə görüşünə imkan verilməyib. Gəncə şəhərinin İcra Hakimiyyəti şəbəkənin koordinatoru, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin görüşə qatılmasını əngəlləyib. Bu barədə Şəbəkənin yaydığı məlumatda bildirilir. Həmin məlumata görə, görüşün keçirildiyi iaşə müəssisəsinin rəhbərliyi (təzyiqlərin ola biləcəyi nəzərə alınaraq həmin obyektin adı çəkilmir) Şəbəkə üzvlərinə İntiqam Əliyev qatılacağı halda görüşün keçirilməsinə icazə verməyəcəkləri barədə xəbərdarlıq ediblər...
Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabat 2010-cu ilin iyul ayında baş verən olayları əhatə edir. Hesabatda vurğulanır ki, ötən ay xüsusən tənqidçi qəzetlərin cinayət qanunvericiliyinin böhtan və təhqirə görə ağır cəzalar nəzərdə tutan müddəaları ilə məhkəməyə çəkilməsi intensivliyi səngiməyib. 4 jurnalistin məhz Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə həbs olunması tələb olunub. İfadə azadlığı ilə bağlı mübahisələri incələyərkən çox nadir hallarda qabaqcıl ölçülərdən istifadə edən məhkəmələr həmin şikayətləri təmin edərsə, ölkənin ən tirajlı qəzetlərindən “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu və onun müavini Azər Ayxan, tənqidçi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, hökuməti tənqid edən yazıları ilə tanınan “Millətim” qəzetinin baş məsləhətçisi Fərəməz Allahverdiyev həbs edilə bilər...
Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı YARIMİLLİK HESABATını (2010) açıqlayıb. Hesabat iyulun 20-də Azərbaycan Media Mərkəzində ictimaiyyətə açıqlanıb...
Bu gün Media Hüququ İnstitutunun (MHİ) proqramlar üzrə koordinatoru Xalid Ağaliyev MHİ-nin Azərbaycanda medianın hüquqi durumu ilə bağlı iyulun 20-də ictimaiyyətə açıqladığı Yarımillik Hesabatla bağlı Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
MHİ-nin məlumatına görə, Xalid Ağaliyevi Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və Bakı Şəhər Prokurorunun müavini Fazil Həsənəliyev qəbul edib. Görüş 1 saat davam edib. Y.Əliyev və F.Həsənəliyev MHİ-nin yarımillik hesabatı ilə tanış olduqlarını, diqqətlə incələdiklərini bildirərək hesabatda jurnalistlərə qarşı basqı hallarını əks etdirən statistik göstəricilərdən narahatlıqlarını ifadə ediblər...