» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











16.06.2010
Tənqidçi jurnalist döyüldü
Media Hüququ İnstitutu günahkarı mühakimə etməyə çağırır
Müstəqil və hökuməti kəskin tənqidləri ilə tanınan qəzetin cəsur əməkdaşının Bakının ortasında vəhşicəsinə, köməksizcəsinə döyülməsi ölkənin inkişafının ən mühüm alətlərindən biri olan, korrupsiyanın, yarıtmaz idarəetmənin, insan haqlarının pozulmasının qarşısının alınmasında, vətəndaş cəmiyyətinin inkişafında əvəzsiz rolu olan tənqidçi xəbər medisının tamamilə sıradan çıxarılması qorxusu yaradır. Baş verənlər həm də ölkəmizi ifadə azadlığının dəyərini yaxşı bilən, azad sözə belə basqıları anlamayan azad dünyanın gözündən salır.

3.06.2010
Azərbaycanda medianın hüquqi durumu - may 2010
PPESS-RELİZ

...Avropa İnsan Haqları Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin 4 ildir ki həbsdə olan qurucusu Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını nəzərdə tutan qərar qəbul etsə də jurnalist qurama ittihamlara görə hələ də cəza çəkməkdədir. Ona qarşı irəli sürülən narkotik maddə ittihamı üzrə məhkəmə prosesi ötən ay davam edib. Qurama ittihamlara qurban gedən daha iki jurnalist, gənc bloqçular Emin Milli və Adnan Hacızadə ağır şəraitli cəzaçəkmə müəsisələrində saxlanılırlar. Apellyasiya Məhkəməsi Emin Millini 30, Adnan Hacızadəni 24 aylığa azadlıdan məhrum edən ağır cəzanı qüvvədə saxlayıb. Bu günlərdə onların şikayətinə Ali Məhkəmə baxacaq. Apelyasiya məhkəməsi “Femida” qəzetinin aşağı məhkəmələrin cinayət cəzası verdiyi baş redaktoru Əyyub Kərimovun şikayətini də rədd edib...

19.05.2010
Media Hüququ İnstitutu aralıq hesabat açıqladı

Media Hüququ İnstitutu (MHİ) 17 May Ümumdünya İnformasiyalı Cəmiyyət Günü ilə əlaqədar olaraq “Azərbaycanda informasiya azadlığının durumu” mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada “Azərbaycanda ictimai bilgilərə çatım” adlanan hesabat açıqlanıb. Hesabat informasiya azadlığı ilə bağlı milli qanunların beynəlxalq müqavilələrə uyğunluğunun araşdırılmasını, MHİ-nın, jurnalistlərin, sivil toplum quruluşları fəallarının bilgi sahiblərinə göndərdikləri 350 yazılı sorğunun icrasının araşdırılmasını, qanunla bilgi sahibi sayılan 45 qurumun internet saytının monitorinq edilməsini əhatə edib. Araşdırmalar zamanı Rusiyanın İnformasiya Azadlığının İnkişafı İnstitutunun və Türkiyənin İqtisadi və Sosial Etüdlər Vəqfinin metodoloji vasitələrindən istifadə edilib. Hesabatın hazırlanmasına ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) dəstək verib.

3.05.2010
Medianın hüquqi durumu - aprel 2010
Hesabatda Azərbaycanın cinayət cəzası çəkən jurnalistlərin sayına görə dünya ölkələri sıralamasında bədnam ön yerlərdə dayanmaqda davam etdiyi vurğulanır. Sənədə görə, Azərbaycanda cinayət cəzası çəkən jurnalistlərin sayı 7-dən artıqdır. Onlardan üçü – “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayev, gənc bloqçular Emin Milli və Adnan Hacızadə həbsdədir, digərləri azadlıda olsalar da islah işlərinə məhkum ediliblər. Aprel ayında isə daha 4 jurnalistə qarşı təhqir və böhtana (Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri) görə xüsusi ittiham qaydasında şikayət verilib. “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” Ticarət Mərkəzinin direktor müavini Dilşad Əmirova “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxana, sabiq baş prokuror İxtiyar Şirin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və qəzetin baş redaktorunun müavini Məlahət Zeynallıya, vətəndaş Nina Əhmədova isə cəmiyyət arasında tanınmayan “Dünya Kriminalı” qəzetinin baş redaktoru Əjdər Mehdiyevə cinayət cəzası verilməsi tələbilə məhkəməyə müraciət ediblər...

5.04.2010
Azərbaycan mediasının hüquqi durumu - mart 2010

Press-reliz

“...Azərbaycanda bilgilərə çatımı düzənləyən “İnformasiya əldə etmək haqqında” Qanun ümumi standartları müəyyən etsə də qanunun elan etdiyi vəzifələrin çoxuna hələ də əməl edilmir. Qanunun tələbi olsa da 4 ildir ki, qanunun işləyişinə nəzarət edəcək İnformasiya Məsələləri üzrə Müvəkkil hələ də təyin olunmayıb. Bilgi sahiblərinin əksəriyyətinin internet resursları qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Bilgilərin sorğular vasitəsilə açıqlanmasında da ciddi problemlər var. Məhkəmələr media ilə bağlı digər işlərdə olduğu kimi bilgi azadlığına da dəstək vermir. Bilgi sorğularının cavablandırılmamasından verilən yüzlərlə şikayətin yalnız bir neçəsi təmin olunub. Martda Səbail Məhkəməsi Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayəti təmin edib...”
“”

3.04.2010
“Ombudsmanın tövsiyələri defamasiya haqqında qanunun yaxın zamanlarda qəbul ediləcəyinə ümidləri artırır”


“İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın media qanunvericiliyinin qabaqcıl ölkələrin təcrübəsinə uyğunlaşdırılmasının vacibliyini vurğulaması təqdirəlayiqdir. Ombudsmanın İllik Hesbatında əks olunan tövsiyə defamasiya haqqında qanunun yaxın zamanlarda qəbul ediləcəyinə ümidlərimizi artırır”. Media Hüququ İnstitutunun Ombudsman Elmira Süleymanovanın 2009-cu il üzrə parlamentə verdiyi hesabatda media qanunvericiliyinin inkişaf etdirilməsi ilə bağlı yer alan tövsiyyələrə münasibətində belə deyilir. Qeyd edək ki, ombudsmanın illik hesabatında söz azadlığına hörmət, tənqidə dözümlü münasibət şəraitinin yaradılmasının vacibliyi hər bir dövlətin ümdə vəzifələri kimi vurğulanır: “Bu sahədə mövcud olan problemlərin həlli üçün xüsusi qanunun qəbul edilməsi vacibdir. Ombudsman Aparatı Media Hüququ İnstitutunun 2009-cu ildə təqdim etdiyi “Defamasiya (nüfuzun qorunması) Haqqında” Qanun layihəsini araşdırıb və müsbət dəyərləndirib...

< 1 2 3 ... 41 42 43 >

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D