Jurnalistləri döymək azadlığı, humanizmi və konstitusiyanı ayaq altına salmaq deməkdir 8 sentyabr 2003-cü ildə Bakı şəhəri Baş Polis İdarəsinin qarşısında polislər jurnalistləri qəddarlıqla döymüş, əxlaqsız söyüşlərlə söymüşlər. Jurnalistlər Polis İdarəsinin qarşısına Az TV ilə yayımlanan prezident namizədlərinin Ldəyirmi masasında¦ baş verən olayla bağlı olaraq Bakı Şəhər Baş Polis İdarəsinə ifadə verməyə gələn Fuad Mustafayevi izləmək üçün gəlmişdilər...
Media Hüququ İnstitutunun açıqlaması 27 sentyabr 2003 Sentyabrın 27-də Naxçıvan şəhərində yenicə çıxmağa başlayan "Bizim Naxçıvan" qəzetinin redaksiyasına və onunla bir binada yerləşən İnsan Haqqları Resurs Mərkəzinə basqın olub. 10-15 nəfərlik qrup redaksiyaya və Resurs Mərkəzinə girib oradakılara pomidor, yumurta və daş atmış, otaqlara və avadanlıqlara zərər vurmuş, orada olan ölkənin tanınmış hüquq müdafiəçilərini və "Bizim Azərbaycan" qəzetinin qurucusu və baş redaktoru Məlahət Nəsibovanı təhqir etmiş və döymüşlər...
Media Hüququ İnstitutunun açıqlaması 24 sentyabr 2003 Sentyabrın 21-də bazar günü Masallıda, Lənkəranda və Bakıda seçicilərlə prezidentliyə namizədlərin görüşlərini izləyən jurnalistlər zorakılıqlarla üzləşiblər. Lənkəran şəhərində jurnalist Real Cəfərlini (Azadlıq qəzeti), Əli Orucovu (Millət qəzeti) tutub polis idarəsinə aparıblar. R.Cəfərli 5 saatdan sonra buraxılsa da Ə.Orucov 2 günə yaxın həbsdə saxlanılıb. Onun barəsində guya xuliqanlıq etdiyinə görə cinayət işi başlandığı bildirilir...
19 iyun 2003 BAKI, AZƏRBAYCAN-- Media Hüququ İnstitunun peşəkar jurnalistlər üçün 23 may- 13 iyun tarixləri arasında təşkil etdiyi “Jurnalist Haqları” mövzusunda seminarın dörd hissəli məşğələləri başa çatmışdır...
13 may 2003 BAKI, AZƏRBAYCAN - Media Hüququ İnstitutunun hazırladığı «Teleradio yayımı düzənləmə qurumları» kitabçasının tanıtımı keçirildi. Tanıtımda Avrora Şurasının təmsilçisi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi, Media sahəsində fəaliyyət göstərən bəzi ictimai təşkilatların nümayəndələri və kütləvi informasiyavasitələrinin təmsilçiləri o cümlədən İnternyusun uzun illər yayım sektorunda çalışmış mütəxəsisləri iştirak edirdi.
6 iyun, 2003 "Azadlıq" qəzetinin bölgə yazarı Elnur Sadıqovu Daşkəsən rayon rolisi tutub saxlayıb. Sonradan həmin rayonun məhkəməsi ona Lxuliqanlıq¦ etdiyinə görə 7 günlük həbs cəzası kəsib.