29 Oktyabr 2004 Bu günlərdə məhkəmə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu CM-in 220.1 (kütləvi iğtişaşlarda iştirak), 315.2 (hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə iştirak) maddələrilə təqsirli bilərək beş il azadlıqdan məhrum edib. Hüquq-mühafizə orqanları və hakimiyyət Rauf Arifoğluna qarşı ittihamları keçən ilin oktyabr hadisələrində kütləvi iğtişaşların təşkililə əlaqənlirib. Rauf Arifoğlunun təqsirinin sübutu kimi dövlət ittihamçısı onun qəzetdə dərc olunan məqalələrindən sitatlar gətirib...
05. 01. 2004. Nəsimi rayon məhkəməsi «Bakı xəbər» qəzetinə qarşı qərar qəbul edib Azərneftyağ İstehsalat Birliyinin rəhbəri Ramiz Mirzəyevin qəzetə qarşı qaldırdığı iddiaya baxılıb və qərara alınıb ki, Ramiz Mirzəyevin qəzetə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsinə dair işin araşdırması bitənə qədər «Bakı xəbər» qəzetinin R. Mirzəyev barəsində hər hansı yazı yazması qadağan olunsun...
Media Hüququ İnstitutu sentyabr ayı ərzində media sektorunda baş verən olaylara, jurnalistlərə və KİV-lərə qarşı hərəkətləri izləmiş, baş verən olaylara hüquqi reaksiya vermişdir
Elnur Sadıqlı Gəncə Üniversitetindən qovulmuşdur... Turan İA və ANS TV-nin əməkdaşları Sədərəkdə dövlət məmurları tərəfindən döyülmüştür... Bakı Şəhər Baş Polis İdarəsinin qarşısında xəbər almaq istəyən jurnalistlər Polis rəisinin müavini Yaşar Əliyevin və digər polislərin fiziki və mənəvi zorakılığı ilə üzləşmişdirlər...
Noyabr ayı müxalifət qəzetlərinin yaşadığı bir sıra böhran halları ilə yadda qaldı 15 oktyabr seçkilərinin ardından Azərbaycan Respublikası Prezidenti aparatının idarəçiliyində olan «Azərbaycan» dövlət nəşriyyatı «Yeni Müsavat» və «Azadlıq» kimi aparıcı müxalif qəzetlərin çapından boyun qaçırdı. Bunun ardınca özəl biznesin bütün başqa sahələri kimi hakim siyasi qrupun əlində və ya basqısı altında olan bir sıra özəl mətbəələr də bu qəzetlərin çapından boyun qaçırdılar...
Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə bağlı siyasi çəkişmələrin artması fonunda jurnalistlərə qarşı qanunsuz basqılar daha kəskin formalar almışdı Müxalifətdən olan prezidentliyə namizədlərin seçicilərlə görüşlərini izləyən jurnalistlər bu görüşləri əngəlləməyə çalışan polis əməkdaşlarının və hakim siyasi qüvvəni təmsil edən bir qrup adi vətəndaşların zorakılıqları ilə qarşılaşıblar...
22 may 2003 Son iki ayda hökuməti tənqid edən qəzet və jurnallara basqı və təpkilər xeyli artıb. Jurnalistlərin və mətbu nəşrlərin məhkəmələrin əli ilə cəzalandırılması ilə yanaşı yeni və daha qorxulu təpki formaları da meydana çıxmaqdadır. Monitor jurnalının çapından və yayımından boyun qaçırılması onun uzun müddət çıxmaması ilə nəticələndi. Hökumətin əlində olan mətbuat yayımı şirkətləri ilə uğurlu rəqabət aparan özəl «Qaya» Mətbuat yayımı şirkətinin köşkləri və satış nöqtələri yığışdırılması bu basqılara hazırlıq mərhələsi sayıla bilər...