Həzi Aslanov Zərdüşt Əlizadəyə qarşı işi üzrə Apellyasiya Məhkəməsinin qətnaməsindən razı qalmayan Z.Əlizadə Ali Məhkəməyə kassasiya şikayəti verib. Səbayıl rayon məhkəməsinin 2006-cı ilin avqustunda Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanovun Z.Əlizadəyə və “Azadlıq” qəzetinə qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi iddiasını təmin edərək onların hər birini 5000 manat ödənc verməyə, təkzib verməyə, H.Aslanovdan üzr istəməyə məcbur edən Qətnamə vermişdi. Z.Əlizadənin şikayətinə baxan Apellyasiya Məhkəməsi ödəncin məbləğini 1000 manata endirsə də təkzib və üzr istəməklə bağlı hissələri dəyişdirməmişdi...
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Media Hüququ İnstitutu ölkə prezidentinə müraciət edib Müraciətə ölkənin tanınmış ictimai-siyasi xadimləri, QHT təmsilçiləri də imza atıblar "...Qanun yaradıcılığı sahəsində müəyyən irəliləyişlərlə yanaşı təəssüf ki, “İnformasiya əldə etmək haqqında” Qanunun bir sıra vacib müddəaları hələ də işə salınmayıb. Hökumət qurumları Qanunla tələb olunan bəzi addımların atılmasını gecikdirirlər. Belə ləngimələr bu önəmli qanunvericilik aktının mümkün faydalarını kölgə altına qoya bilər..."
Press-reliz Media Hüququ İnstitutu Almaniyanın Fridrix Ebert Fondu ilə birgə “Jurnalistlərin hüquqi maarifləndirilməsi” layihəsini həyata keçirib. 2006-cı ildə layihə çərçivəsində jurnalistlər üçün 3 ay davam edən “Media hüququ” kursları təşkil edilib. Kursalrın təşkilində məqsəd media təmsilçilərinin daha effektiv işləməsinə yardım etmək, onların media hüququ sahəsindəki bilik və bacarıqlarını artırmaq olub...
11 Noyabr 2004 Azərbaycan Respublikasının Prezidenti 2004-cü ilin mart ayında veto edərək Parlamentə qaytardığı «İctimai televiziya və radio yayımı haqqında» Qanunu bəzi dəyişikliklərdən sonra bəyənib imzaladı və qanunun tətbiqi ilə bağlı öz fərmanını verdi. Qanunun cavab vermədiyi, narahatlıq doğuran çoxsaylı suallara Prezidentin cavab verəcəyi vəd edilirdi. Fərman İctimai yayımın Azərbaycan dövlət televiziyasının «2-ci kanalı» adlanan yayım kanalının və dövlət radiosunun 1-ci kanalının əsasında yaradılacağını bəyan etdi...