» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











24.03.2007
MHİ bilgi əldə etmək hüququnu təbliğ edir
Martın 10-u və 24-də Bakı şəhərində Media Hüququ İnstitutunun ofisində ATƏT-in Bakı Ofisinin dəstəyi ilə həyata keçirilən “İnformasiya əldə etmək hüququ ilə bağlı biliklərin artırılması” layihəsi çərçivəsində ayrı-ayrı qruplara 2 treninq keçirilib. Treninqlərə 60 dəvətlidən 49 nəfər qatılıb. Müzakirələrdə jurnalistlər, hüquqşunaslar, QHT nümayəndələri, tələbələr, bələdiyyə orqanları nümayəndələri iştirak ediblər...

22.03.2007
MHİ Göyçayda treninq keçirib
Media Hüququ İnstitutunun ATƏT-in Bakı Ofisinin dəstəyi ilə həyata keçirdiyi “İnformasiya əldə etmək hüququ ilə bağlı biliklərin artırılması” layihəsi çərçivəsində son treninq martın 17-də Göyçay şəhərində keçirilib. Bələdiyyə üzvləri, dövlət qurumları nümayəndələri, QHT təmsilçiləri, siyasi partiya nümayəndələri və jurnalistlərin iştirakı ilə keçən treninq 3 saat davam edib. Treninqdə ekspert qismində hüquqşunas Ələsgər Məmmədli və Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı iştirak edib...

19.03.2007
“Müxalifət” qəzeti 15 min AZN cərimələnib
Bu gün Yasamal Rayon Məhkəməsi hakim İsa İsmayılovun sədrliyi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasınıın sədri Azər Tağıyevin «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadəyə qarşı iddia ərizəsinə baxıb. Məhkəmə iddia üzrə “Müxalifət” qəzetini üst-üstə 15 min manat cərimələyib.
Yada salaq ki, Azər Tağıyevin iddia qaldırmasına «Müxalifət» qəzetinin 15 aprel 2006-cı il tarixli sayında «Heyvanların vəkili kim olsun? Ən şanslı və layiqli namizəd bizimkidir» sərlövhəli məqalə olub...

16.03.2007
Cəlal Əliyev jurnalistlərin həbsini tələb edir
Millət vəkili, akademik Cəlal Əliyev Müxalifət qəzetinin baş redaktoru Rövşən Kəbirlini və qəzetin hüquq şöbəsinin redaktoru Yaşar Ağazadəni məhkəməyə verib. Azərbaycan prezidentinin əmisi hər iki jurnalistin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Cəlal Əliyev martın 14-də Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib. Akademik iddia edir ki, “Müxalifət” qəzetinin 24 fevral və 03 mart 2007-ci il tarixli saylarında dərc olunmuş “A.M.A.Y. Əliyevlər ailəsinin ticarət nişanı” sərlövhəli yazıda şərəf və ləyaqətinə toxunulub...

14.03.2007
Məhkəmə bilgi əldə etmə hüququnun pozuntusuna göz yumdu
Apellyasiya Məhkəməsi Taarif Şurasına qarşı iddianı təmin etməyib
Bu gün Apellyasiya Məhkəməsində İsmayıl Vəliyevin sədrliyi ilə Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarlarının Azərbaycan Respublikası Konstitusiyana zidd hesab edilməsi barədə şikayətin geri qaytarılması barədə Səbail rayon məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərardadından şikayət üzrə qərarı elan edilib.
Xatırladaq ki, iddiaçılar məhkəməyə ünvanladıqları şikayətdə Taarif Şurasının qərarlarının onların Konstitusiyanın 13-cü, 16-cı, 31-ci, 71-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8 (özəl həyata müdaxilə), 10 (informasiya əldə etmək hüququ) və 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə təminat verilən hüquqlarını pozduğu üçün qüvvədən düşmüş sayılmasını xahiş ediblər...

14.03.2007
İnternet informasiya ehtiyatlarının yaradılması qaydaları təsdiqlənib
Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət orqanları və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması formaları və qaydalarını təsdiqləyib.
"Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları"nın təsdiq edilməsi haqqında
Q Ə R A R № 033
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR...

< 1 2 3 ... 33 34 35 ... 41 42 43 >

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D