» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











5.04.2007
Dövlət qurumlarının və başqa publik (ictimai) qurumların bilgi (informasiya) sorğularını yerinə yetirməsi vəziyyəti ilə bağlı hesabat
Bu hesabat ATƏT-in Bakı Ofisinin dəstəklədiyi “İnformasiya əldə etmək haqqında qanunla bağlı maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb

“İnformasiya əldə etmək haqqında” qanunun qüvvəyə minməsindən bir il keçib. Vətəndaş cəmiyyəti qurumlarının yaxından iştirakı ilə hazırlanmış və uzun müzakirələrin nəticəsi olaraq meydana çıxmış bu qanun bir sıra keyfiyyətlərinə görə öndə gedən qanunlardan sayılır.
Bu qanun neçə işləyir? Dövlət orqanlarının bilgi sorğuları ilə işləyən, informasiya xidmətləri edən vəzifəliləri bu qanundan nə dərəcədə xəbərdardırlar? Qanunun bu və ya başqa müddəalarını necə başa düşürlər və onlara necə əməl edirlər? İnternet informasiya ehtiyatları yaradılıbmı? Saytlarda qanunun tələb etdiyi bilgilər varmı? Saytlardakı informasiyalar yeniləşdirilirmi? Bu kimi suallara cavab tapılması bu layihənin əsas məqsədlərindən idi. Sorğular verilməsinin başqa bir məqsədi isə həm sorğular verilməsində iştirak edənlərin, həm də sorğuları icra edən dövlət məmurlarının maarıfləndirilməsi məqsədini daşıyırdı...

5.04.2007
YOLLARIN TƏMİRİNƏ AYRILAN PULLAR HARA XƏRCLƏNİR?
ARAŞDIRMAÇI JURNALİSTİN YOLU MƏHKƏMƏYƏDƏK UZANIB

Pirsaat çayı üzərindəki körpünün təmirinə ayrılan vəsait təyinatına uyğun xərclənibmi? Rayonlara səfərləri zamanı körpü üzərindəki yolun narahatlığından tez-tez əziyyət çəkən, addımbaşı sürücülərin giley-güzarını dinləyən jurnalist Yaşar Ağazadə bu suala cavab tapmaq üçün 2007-ci ilin yanvarında araşdırmaya başlayıb. Məlum olub ki, Nəqliyyat Nazirliyi 2006-cı ildə Pirsaat çayı üzərindəki Qızmeydan adlanan yolda təmir işləri aparmalıymış. Bu istiqamətə lazımi qədər vəsait də ayrılıb. Rəsmi dövlət nəşri ”Azərbaycan” qəzetində dərc olunan bilgiyə görə, Maliyyə Nazirliyi 2006-cı ildə həmin vəsaitin xərclənmə vəziyyətini təftiş etməliymiş. Yolun təmirinə ayrılan vəsaitin xərclənmə dolanbaclarına gün işığı düşməsini istəyən jurnalist Nəqliyyat Nazirliyinə informasiya sorğusu göndərib...

2.04.2007
Gömrük Komitəsi məhkəmədə uduzdu
Yasamal Məhkəməsi jurnalistin Aydın Əliyevə qarşı iddiasını təmin etdi
İnformasiya sorğusunu cavablandırmayan Dövlət Gömrük Komitəsi jurnalist Yaşar Ağazadənin bilgi əldə etmək hüququnu pozub. Gömrük Komitəsi bu pozuntunun nəticəsini aradan qaldırmalı, jurnalistin istədiyi bilgiləri ona verməlidir. Bu gün Yasamal məhkəməsinin hakimi Şahin Abdullayev belə qərar verib...

1.04.2007
18 qurum məhkəməyə verilib
Media Hüququ İnstitutunun ATƏT-in Bakı Ofisinin dəstəyi ilə həyata keçirdiyi “İnformasiya əldə etmək hüququ ilə bağlı biliklərin artırılması” layihəsi çərçivəsində “İnformasiya əldə etmək haqqında” qanuna görə, informasiya sahibləri sayılan subyektlərə 101 bilgi sorğusu göndərilib. Həmin sorğular vasitəsilə informasiya sahiblərindən qanunvericiliyin açıq tutulmasını tələb etdiyi bilgilər soruşulub. Sorğular aşağıdakı subyektlərə göndərilib :
Azərbaycan Hava Yolları Dövlət Konserni, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, İctimai Televiziya, Kapital Bank, Hesablama Palatası, Dövlət Statistika Komitəsi...

27.03.2007
Jurnalist-MSK çəkişməsi
Məhkəmə bilgi sorğusunu cavablandırmayan seçki orqanını haqlı sayıb

Səbayel rayon Məhkəməsi jurnalist Yaşar Ağazadənin Mərkəzi Seçki Komissiyasına qarşı iddiasını təmin etməyib. Jurnalist seçki qurumuna ünvanladığı informasiya sorğusuna tam cavab ala bilmədiyinə görə məhkəməyə müraciət etmiş, MSK-nın üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qətnamə qəbul edilməsini istəmişdi...

24.03.2007
MHİ BƏRDƏDƏ FƏAL GƏNCLƏRƏ TRENİNQ TƏŞKİL EDİB
24 mart Bərdə
Media Hüququ İnstitutu ABŞ-ın Demokratiyaya Dəstək Fondunun (NED) dəstəyi ilə həyata keçirdiyi “Bilgi əldə etmək hüququ ilə bağlı maarifləndirmə” layihəsi çərçivəsində növbəti treninqi mart ayının 24-də Bərdə şəhərindəki “Çinar” restoranında təşkil edib. Tədbirə “Gələcəyə inam”, “Demokratiya və öyrətmə”, “Aran” İctimai Birliklərinin, Bələdiyyə Resurs Mərkəzinin, Bərdə şəhər İcra Hakimiyyətinin, rayon və şəhər bələdiyyələrinin nümayəndələri, Yeni Azərbaycan, Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid prtiyalarının təmsilçiləri, jurnalistlər, hüquqşunaslar qatılıblar

< 1 2 3 ... 32 33 34 ... 41 42 43 >

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D