» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











19.04.2007
Qanunverici baza "İnformasiya əldə etmək haqqında" qanuna uyğunlaşdırılır
İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

18.04.2007
NAZİRLİYİN İŞGÜZAR NÜFUZU VARMIŞ...
Media Hüququ İnstitutu: “Yasamal məhkəməsinin işgüzar nüfuzun müdafiəsi ilə bağlı “Azadlıq” qəzetinə qarşı çıxardığı qətnamə əsassız və ədalətsizdir”

“Azadlıq” qəzeti “Müdafiə Nazirliyində ucuz ət müəmması” və “2 manat 40 qəpiklik ət haradan gətirilir?” sərlövhəli yazıları dərc etməklə Müdafiə Nazirliyinin işgüzar nüfuzuna ciddi zərər vurub. Bu zərərin qarşılığında qəzet redaksiyası nazirliyə 20 min AZN ödəməlidir.” Müdafiə Nazirliyinin iddiasına baxan Yasamal rayon Məhkəməsinin hakimi Şahin Abdullayev bu gün belə qərar verib...

14.04.2007
Bilgi sahiblərinin internet saytlarının monitorinqi
Bu hesabat ATƏT-in Bakı Ofisinin dəstəklədiyi “İnformasiya əldə etmək haqqında qanunla bağlı maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb

Bilgi sahibləri bilgiləri mətbuat və teleradio yayımları, rəsmi nəşrlər, bilgi sahiblərində tanışlıq üçün qoymaqla, İnternet vasitəsi ilə açıqlaya bilərlər (İƏHQ-in 31-ci maddəsi). Bilgilərə çatımı hər kəs üçün asan və tez edən başqa üsullardan da istifadə oluna bilər.
Bilgi sahibi insanların həyatına, sağlamlığına, əmlakına, yaxud ətraf mühitə qorxu yaradan təhlükələr barədə bilgiləri elə yaymalıdır ki, bu bilgilərə ehtiyacı olanları maksimum əhatə etsin və daha tez çatsın. Bu məqsədlə bilgi sahibləri belə bilgiləri televiziya və radio, dövri mətbuat və İnternet vasitəsi ilə yayılmasına üstünlük verməlidirlər.
İnternet bilgi ehtiyatları
Qanunvericilik orqanları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmələr, başqa dövlət orqanları, ictimai funksiyaları yerinə yetirən bütün hüquqi şəxslər bilgiləri topluma açıqlamaq üçün aktiv İnternet saytı saxlamalıdırlar (İƏHQ-in 32-ci maddəsi). Bilgilərə asan çatıma zərər vurmadan bilgi sahibləri başqa bilgi sahibləri ilə birgə İnternet səhifəsi saxlaya bilərlər. Yuxarı icra hakimiyyəti orqanları tabeliklərində olan aşağı orqanların İnternet bilgi ehtiyatları formalaşdırmalarına yardım etməlidirlər. Bu məqsədlə sahə (korporativ), regional və s. formada İnternet bilgi ehtiyatları yaradıla bilər...

12.04.2007
TƏNQİDÇİ MEDİANIN BOĞULMASI TƏHLÜKƏSİ YARANIB
Media Hüququ İnstitutu “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinə basqılardan narahatdır

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin ofisinə “etirazçı”ların aramsız basqınları, ofisin yumurta və bəzən daş yağışına tutulması, bəzi televiziya kanallarından qəzetə qarşı çıxışlar edilməsi, telefon hədələri, təhqirlər, qəzetlərə və Eynulla Fətullayevə qarşı çoxsaylı məhkəmə işləri, nəhayət qəzetə qarşı təşkil edilmiş bir toplantıda hökumətlə bağlı olan millət vəkillərinin qəzeti lənətləməsi, E.Fətullayevin həbsinə və “edam olunmasına” çağırışlar. Qısa zamanda tənqidçi qəzetə qarşı basqıların tam olmayan siyahısı budur.
Tatyana Çaladzenin iddiası əsasında Yasamal məhkəməsi “Realnıy Azerbaydjan” qəzetinin və Eynulla Fətullayevin 20 min AZN ödənc verməsini, təkzib verilməsini və Eynulla Fətullayevin üzr istəməsini nəzərdə tutan qətnamə çıxarıb...

7.04.2007
Azərbaycanda medianın durumu
MEDİA HÜQUQU İNSTİTUTUNUN AYLIQ HESABATI (mart-2007)

MART AYINDA
Jurnalistlər ölkənin Baş prokurorunu, üç nazirini, altı rayon icra hakimiyyəti başçısını məhkəməyə verdi...
“Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı İltifat İsrafilovu polis döydü...
Mədəniyyət Nazirliyi filmlərin “senzoru” və klassifikatoru işini yerinə yetirməyə başladı...
Milli Teleradio Şurasının “müsabiqə-müsabiqə” oyunu davam etdi...
“Azadlıq”, “Gündəlik Azərbaycan”, “Yeni Müsavat”, “Müxalifət” qəzetləri məhkəmə burulğanına çəkildi...
Məhkəmə - Gömrük Komitəsi jurnalist sorğusuna cavab verməlidir – dedi...
“Oğlunuz yazılarında çaşır, onu Elmar Hüseynovun yanına göndərəcəyik”...
Milli Teleradio Şurası və bir sıra vətəndaş cəmiyyəti qurumları İctimai Yayım Xidməti ilə bağlı öz borclarını yerinə yetirmədi...

6.04.2007
"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" 20 min AZN cərimələndi
MEDİA HÜQUQU İNSTİTUTU: "Yasamal məhkəməsinin qərarı bir daha göstərir ki, diffamasiya ilə bağlı hüquqi konsepsiyalar yayğın olduğundan ondan sui-istifadə halları artmaqdadır"

“Mənə böhtan atırlar. Mən heç zaman Xocalı soyqırımını azərbaycanlıların törətdiyini söyləməmişəm”. «Gündəlik Azərbaycan» və «Realnıy Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev ona yönələn ittihamları qətiyyətlə rədd etsə də bu gün Yasamal Rayon Məhkəməsi Tatyana Çaladzenin iddiası əsasında onun rəhbərlik etdiyi qəzetlərin hər birini cərimələyib. Məhkəmə qətnaməsinə görə, qəzetlərin üzərinə 20 min AZN ödənc qoyulub...

< 1 2 3 ... 31 32 33 ... 41 42 43 >

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D