Fevralın 4-də Vaşinqtonda “İfadə Azadlığına 10 Əsas Təhlükə” adlanan bəyanat qəbul olunub. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi, BMT-nin İfadə Azadlığı üzrə Məruzəçisi, Amerika Ştatları Təşkilatının İfadə Azadlığı üzrə Məruzəçisi və Afrika İnsan və Xalq Hüquqları Komissiyasının Məruzəçisinin iştirakı ilə keçirilən tədbirdə qəbul olunan Bəyanatda növbəti onillikdə ifadə azadlığının üzləşdiyi 10 əsas problem göstərilib...
MHİ media qanunvericiliyinə hazırlanan əlavə və dəyişikliklərə etiraz edir
...Jurnalist fəaliyyəti təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla məhdudlaşdırıla bilməz. Jurnalistin məlumat toplamaq hüququ sadəcə gözlə müşahidə etməklə də məhdudlaşdırıla bilməz. Araşdırma aparan jurnalist nəinki hər hansı şəxsi izləmək haqqına, eləcə də hər hansı məlumatları texniki vasitələrdən istifadə etməklə dinləmək və yazmaq haqqına sahib olmalıdır. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz...
... Hər kəsin, o cümlədən dövlət rəsmilərinin şərəf və ləyaqətinin toxunulmaz olduğunu vurğulamaqla yanaşı MHİ bir daha xatırladır ki, hökumətin, dövlət qurumlarının, rəsmi şəxslərin işinin hərtərəfli və dərindən çək-çevir etməyə, müzakirə və tənqid etməyə, bəzən hətta sərt tənqidi fikirlər ifadə etməyə qabil media olmadan heç bir cəmiyyət sağlam və güclü, firavan və xoşbəxt ola bilməz...
Media Hüququ İnstitutu ölkə prezidentinin əfv sərəncamı ilə tənqidçi mövqeli “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun azadlığa buraxılmasını Azərbaycanda söz azadlığına xidmət edən addımlardan biri olaraq müsbət qarşılayır. Sözə görə məhkum edildiyi şübhə doğurmayan Müşfiq Hüseynovun hüquqlarının pozuntusunun aradan qaldırılması, onun azadlıqda olması tənqidçi medianın gözünün qorxudulması, sərt tənqidi yazı müəlliflərinin gözümçıxdıya salınması hallarının aradan qaldırılması baxımından təsirlidir...
Media Hüququ İnstitutu bu gün (24 dekabr) Media Mərkəzində Azərbaycanda medianın hüquqi durumu ilə bağlı İllik (2009) Hesabatını açıqlayıb. Təqdimat mərasiminə jurnalistlər, hüquqçular, jurnalist qurumları rəhbərləri, beynəlxalq qurumların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri qatılıblar...